İnsanlara qayıt
Qəhrəman Qasımov

Qəhrəman Qasımov

Elmi Məsləhət Şurasının üzvü

Haqqında

Qəhrəman Qasımov Polşanın Adam Mickiewicz Universitetində Research in Cognitive Science proqramı üzrə magistratura təhsili alır. Hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində təhsilini Roma Sapienza Universitetində Cognitive Forensic Science istiqaməti üzrə davam etdirir. O, bakalavr dərəcəsini Xəzər Universitetində psixologiya ixtisası üzrə əldə edib.

Onun tədqiqatları koqnitiv psixologiya çərçivəsində şahid yaddaşı, dezinformasiya effekti, yaddaşın yenidən qurulması, yönləndirici suallar və insan–süni intellekt qarşılıqlı əlaqəsini əhatə edir. Hazırkı işində əvvəlki yaddaş testinin sonrakı yönləndirici suallara cavab verməyə təsirini araşdırır. Elmi Tədqiqat İnstitutunda tədqiqatçı kimi fəaliyyət göstərir və Avropa Psixologiya və Hüquq Assosiasiyasının üzvüdür.

Elmi maraqlar

Koqnitiv psixologiyaŞahid yaddaşı və dezinformasiya effektiYaddaşın yenidən qurulmasıYönləndirici suallar və yaddaşİnsan–süni intellekt qarşılıqlı əlaqəsində koqnitiv proseslər

Layihələr

Açıq layihə kataloqunda iştirak hələ göstərilmir.